Türkiyənin "Fənərbaxça” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, Marsel Tisseran Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tisseranın yeni klubu isə onunla 3 illik müqavilə imzalandığını açıqlayıb.

Konqo Demokratik Respublikasından olan 29 yaşlı yarımmüdafiəçi 2020-ci ilin sentyabrında Almaniya “Volfsburq”undan “Fənərbaxça"ya keçmişdi.