“Fənərbaxça” növbəti transferini həyata keçirib.

Rekord.az xəbər verir ki, İstanbul klubu sabiq müdafiəçisi Gökhan Gönülü transfer edib.

Bu barədə “Fənərbaxça”nın rəsmi saytı məlumat yayıb. “Beşiktaş”la yollarını ayıran 25 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, Gökhan Gönül 2016-cı ildə məhz “Fənərbaxça”dan “Beşiktaş”a getmişdi. Daha öncə “Hacettepe” forması geyinmiş sağ cinah müdafiəçisi, 2007-2016-cı illər aralığında “Fənərbaxça”nın uğurları üçün çalışıb.