Türkiyənin “Fənərbaxça” klubunun yeni idman direktoru müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin prezidenti Ali Koç bu gün təşkil etdiyi mətbuat konfransında məlumat verib.

O, idman direktoru vəzifəsini Emre Belözoğlunun yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, 40 yaşlı Belözoğlu 2008-2012, 2013-2015 və 2019-2020-ci illərdə “sarı-lacivərt”lərdə çıxış edib.

Emre Belözoğluna yeni işində keçmiş komanda yoldaşı Selçuk Şahin də kömək edəcək. Selçuk da 2003-2015-ci illər aralığında “Fənərbaxça”nın uğurları üçün çalışıb.