"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.


İstanbul təmsilçisi Seneqal millisinin üzvü Amara Diufu transfer edib.


18 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.


Diuf Seneqalın "Jenerasyon Fut" klubunun yetirməsidir. O, 2023-2026-cı illərdə bu klubun əsas komandasında oynayıb.