“Əziyyətimizin qarşılığını ala bilmədik”
- 09:26
- 31
“Futbolda əziyyətinin qarşılığını ala bilməmək çox acıvericidir”.
Rekord.az xəbər verir ki, bunu futbol üzrə İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-2026-da Qətərə qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis heç-heçə yekunlaşan qarşılaşmanı şərh edib:
"Əziyyətimizin qarşılığını ala bilmədik. Bu, həqiqətən acıvericidir. Lazımı nəticəni göstərə bilmədik. Futbolda "qol vurmayana vurarlar" prinsipi yenə öz sözünü dedi. Rəqib komanda çox yaxşı müdafiə olunurdu. Matç boyunca üstün olan tərəf idik. Sadəcə son saniyələrdə düşüncəsiz çıxış etdik və qapımızda qol gördük".
Qeyd edək ki, Qətər - İsveçrə oyunu 1:1 hesabı ilə başa çatıb.