I Liqanın ilk turu çərçivəsində keçirilən "Karvan" - "Mingəçevir" matçında yevlaxlıların kapitanı Müşviq Teymurovun qonaq azarkeşlərə qarşı etdiyi qeyri-etik jest və buna görə qırmızı vərəqə alaraq meydançadan qovulması haqda məlumatlısınız.

Rekord.az xəbər verir ki, AFFA İntizam Komitəsi də bu hərəkətə biganə qalmamış, Müşviqə qarşı oyun və pul sanksiyası tətbiq olunmuşdu.

Əldə etdiyimiz məlumata görə, etdiyi hərəkət futbolçunun klubu tərəfindən də cəzasız qalmayıb və bu hərəkətinə görə, kapitanlıq sarğısı Teymurovdan alınıb.