"Mançester Yunayted"in müdafiəçisi Erik Beyli baş məşqçi Erik ten Haqın planlarına daxil deyil.

Rekord.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira sosial şəbəkələrdəki səhifəsində yazıb.

İnsayderin sözlərinə görə, "Marsel" oyunçunu icarəyə götürmək üçün “qırmızı şeytanlar”la danışıqlara başlayıb.