"Vilyarreal" hücumçusu Pako Alkaseri icarəyə verib.

Rekord.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

İspaniyalı forvard "Şardja"ya keçib.

Pako Alkaser 2022/2023 mövsümünü icarə əsasında burada keçirəcək. "Şardja" təcrübəli qolçunu birdəfəlik transfer etmək hüququna sahibidr.

Pako Alkaser "Vilyarreal"a 2020-ci ilin qışında Dortmund "Borussiya"sından transfer olunub.

O, son mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 23 matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.