
Əmrah Çəlikəl: "Üçüncü ulduzumuzu da görmək istəyirəm" - MÜSAHİBƏ
- 04:20
- 29
"Qarabağ"ın idman direktoru Əmrah Çəlikəl "Kəpəz"lə oyundan sonra jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni təqdim edir:
- Ardıcıl çempionluqlar adiləşməyib ki?
- Yox, adiləşib demək bir az insafsızlıq olar. Çox böyük sevincdir. Bu sevinci yaşadığımıza görə çox xoşbəxtəm. Allah qoysa, davamlı olsun, İnşAllah 14-15 olsun. Açığı, mən üçüncü ulduzumuzu da görmək istəyirəm.
- Qarşıda "Sabah"la kubokun final matçı var. "Qızıl dubl" imkanını necə dəyərləndirərdiniz?
- Kubokun finalında da bunun üçün əlimizdən gələni edəcəyik. Komandamızın da, oyunçularımızın da final görüşünə tam motivasiyalı çıxacağına inanıram. Əlbəttə ki, avrokuboklar öncəsi kubokda uğur bizim üçün böyük stimul olardı.
- Avrokuboklar öncəsi heyətdi ciddi dəyişikliklər olacaq?
- Mütləq ki, transferlər olacaq. Ancaq bu barədə mənə elə gəlir ki, kubok matçından sonra planlarımız daha da dəqiqləşəcək, bəlli olacaq.
- Legioner limitinin ləğvi sizin transfer siyasətinizə də təsir edəcək?
- Əlbəttə ki, təsir edəcək. Hamıya necə, bizə də elə. Bütün klublara, büdcələrə və transferlərə təsir göstərəcək"