AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov hazırda xəstəxanada olan Qəhrəman Əliyevin sağlıq durumu ilə məlumatları şəxsi nəzarətinə götürüb.

Rekord.az xəbər verir ki, bu barədə sportinfo.az-a məşqçinin qohumları bildirib.

Onların dediyinə görə, AFFA-dan əlaqə saxlayan şəxs E.Məmmədovun bu barədə göstəriş verdiyini söyləyib.

Belə ki, federasiya rəhbəri koronavirusa yoluxmuş və gündərdir komada olan tanınmıış mütəxəssisin gündəlik vəziyyəti haqda ona informasiya verilməsini istəyib.

Buna əsasən, Əliyevin qohumlarının diqqətinə çatdırılıb ki, AFFA xəstəxana xərclərini qarşılamağa hazırdır.