
Elxan Məmmədov Samir Abasovu aldadıb?
- 22 Sen 2020 15:00
- 1155
Bildiyiniz kimi, Samir Abasov bir müddət bundan qabaq AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşmüşdü. Görüşün əsas məqsədi Abasovun işlə təyinatı ilə bağlı idi. Tərəflər növbəti dəfə görüşüb detalları müzakirə etməli idi. Lakin araya pandemiya düşdüyündən bu məsələ açıq qaldı.
Rekord.az-ın əldə etdiyi məlumata görə, hələ o vaxt yalnız baş katib vəzifəsini daşıyan Məmmədov Abasova zəng edəcəyini futbol bərpa olunandan sonra iş məsələsinin həllinə kömək edəcəyinə söz vermişdi.
Lakin aradan xeyli müddət keçməsinə baxmayaraq, Məmmədov Abasovla əlaqə saxlamayıb. Bu isə o anlama gəlir ki, gənc məşqçiyə hələlik AFFA-da iş yoxdur.Ya da Məmmədov verdiyi sözə əməl etmir.