Əliyevin komandası yenə xal itirdi
- 17:00
- 32
Albaniya Super Liqasında 29-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Elbasani” ilə qarşılaşıb.
Liderlə görüşdə qalib müəyyənləşməyib – 0:0. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.
“Eqnatiya” hazırda 51 xalla üçüncü yerdədir. “Elbasani”nin 53 xalı var.