Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Odina Əliyeva Filippin birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Choco Mucho Flying" 6-cı turda "UAI Army" klubu ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Odina və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (26:24, 25:10, 25:17).

Komandasının rəqibə xal vermədiyi görüşdə yığmamızın üzvü 20 xal qazanıb. O, bu göstərici ilə qarşılaşmanın ən çox fərqlənən oyunçusu olub. Əliyeva rəqib komandanı 17 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib.