Əliyev İspaniyada beynəlxalq turnirdə iştirak edəcək
- 18:20
- 33
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçiriləcək beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən bildirilib.
Martın 16-dan 22-dək təşkil olunacaq mötəbər yarışda idmançı həm fərdi, həm də qoşa kateqoriyada qüvvəsini sınayacaq. İbrahim Əliyev turnirə baş məşqçi Teymur Abbasovun rəhbərliyi altında qatılacaq.
Qeyd edək ki, bu turnir 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.