
Əliyev AÇ-də finala vəsiqə qazandı
- 16:20
- 42
Azərbaycanın daha bir parabadmintonçusu İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Rekord.az xəbər verir ki, idmançı kişilərin qoşa yarışında SU-5 kateqoriyasında buna nali olub.
O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə finala yüksəlmək uğrunda keçirilən qarşılaşmada İspaniya təmsilçiləri Manuel Qarsiya-Pablo Serrano qoşasına 2:0 (21-16,21-16) hesabı ilə qalib gəlib.
Daha öncə digər parabadmintonçu Zəhra Salmanlı qitə çempionatında finala adlayıb.