Elgün Hüseynov: "Mən burda olduğum müddətcə "Şəki" klubu dağılmayacaq"
- 11:01
- 35
Dünən saytımızda "Mövsümü birtəhər başa vuracaqlar, gələn mövsüm isə..." başlıqlı xəbər gedib. Bu məlumat azarkeşlər arasında narahatlıq doğurub.
Redaksiyamızla əlaqə saxlayan klub rəhbəri Elgün Hüseynov heç bir problem olmadığını bildirib, şəkili tərəfdarları rahat olmağa çağırıb: "Dağılmırıq. Mən burda olduğum müddətcə, şəkililər də yanıma olduğu müddətcə "Şəki Siti" dağılmayacaq. Liqada iddiamız qalmayıb deyə bir qədər sakit fəaliyyət göstəririk. Yüzlərlə forma satmışıq, başqa bu kimi fəaliyyətlər edirik, klubda işlər qaydasındadır. Gələn mövsümdə də burdayıq, Şəkidə futbol olacaq, davam edəcək".