"Barselona"nın futbolçusu Jordi Alba zədələnib.

Rekord.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, ispan müdafiəçi La Liqanın 5-ci turunda "Sevilya" ilə matçda (1:1) sağ ayağının bud nahiyəsindən zədə alıb.

Onun bərpa müddəti barədə məlumat verilməyib.

İspaniya mətbuatı Albanın La Liqada oktyabrın 25-i keçiriləcək "Real"la görüşü buraxa biləcəyini yazıb.