Əkbərovadan İslamiadada gümüş medal
- 15 Noy 2025 23:00
- 34
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) 6-cı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Sayna Karimirahjerdiyə 0:2 hesabı ilə məğlub olub.
Cavad Ağayev bürünc medal uğrunda döyüşdə məğlub olubsa, Məryəm Məmmədova 1/4 finalda, Bəhruz Quluzadə isə 1/8 finalda mübarizəni dayandırıb.
İslamiada noyabrın 21-də başa çatacaq.