Avropa Cüdo Birliyinin (EJU) rəsmi səhifəsində “Azərbaycanlı Məmişovların dueli tarix yaratdı” başlıqlı məqalə dərc edilib.

Rekord.az xəbər verir ki, Xorvatiyada keçirilən dünya çempionatının ilk günündə azərbaycanlı cüdoçuların çıxışları təhlil olunub.

Finalda iki təmsilçimizin qarşılaşmasının tarixi hadisə olduğu diqqətə çatdırılıb: “Gün ərzində necə çıxış etdiklərini nəzərə alsaq, final görüşündə Məhəmməd və Nihad Məmişovlar arasındakı qarşılaşmada hər kəs bəzi böyük hərəkətlər və təsiredici texnikalar gözləyirdi. Lakin onlar bir-birlərinin hərəkətlərini və texnikalarını çox yaxşı bildikləri üçün hər ikisi bir-birini çox yaxşı əngəlliyə bilirdi. Bu vəziyyət bərabərliyə gətirib çıxardı və hər ikisi əsas vaxtda “shido” aldılar. Görünürdü ki, görüş bir qədər də davam edə bilər. Lakin əlavə vaxta cəmi 8 saniyə qalmış Nihad Məhəmmədin hərəkətini öz üstünlüyünə çevirdi və bir xal qazandı. Bütün matç həqiqətən həyəcanlı və yüksək səviyyədə keçdi. Onlar qızıl və gümüş medalları qazanmaq ilə yanaşı, hər kəsə komandalarının nə qədər güclü olduğunu göstərdilər və cüdo tarix kitabına daxil oldular".

Məqalədə bildirilir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı Mirxaliq İskəndərov bürünc medal uğrunda fransalı Adrian Mivovanla qərgin görüş keçirib: “İskəndərov “o uchi qari” və “ko uchi qari” adlanan xüsusi hərəkət fəndini tətbiq edərək “waza-ari” xalı qazandı. Daha sonra fransalı idmançı da xal qazanmağı bacardı. Lakin Mivovan iki “shido” aldığı üçün daha diqqətli olmalı idi. Görüşün bitməsinə cəmi 12 saniyə qalmış Azərbaycan təmsilçisi “ko soto qari” adlı hərəkətlə daha bir "waza-ari" qazanaraq qələbəsini təmin etdi".