“Neftçi” Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının 1/4 final mərhələsində məğlub olub.

Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrup səddini keçsə də, yarımfinala yüksələ bilməyib.

“Ağ-qaralar” 1/4 finalda Fransa millisinə 14:21 hesabı ilə uduzub.

“Neftçi” qrupda ABŞ (13:16) və Çin (10:21) millilərinə məğlub olub, Çinin “Yuanda” klubuna (16:12) qalib gəlib.