“Finişə yaxın Rassellə çatsam da, kifayət etmədi” - Ferstappen
- 19:30
- 30
"Red Bull"dan Maks Ferstappen Azərbaycan Qran-prisində ikinci yeri tutması ilə bağlı danışıb.
Rekord.az xəbər verir ki, niderlandlı sürücü bu barədə yarışdan sonra açıqlama verib.
O, sonadək yaxşı mübarizə apardığını söyləyib:
"Yarış ərzində üçüncü yerədək yüksələ bildim. Sonra yenidən güc toplayaraq ikinci sıraya qalxdım. Liderlə fərqimiz təxminən 1,1 saniyə idi. Finişdə ona bir qədər də yaxınlaşdım. Amma bu, kifayət etmədi. Mən həqiqətən də əlimindən gələni etdim".
Qeyd edək ki, "Formula" 1 üzrə Azərbaycan Qran-prisində "Mersedes"in pilotu Corc Rassell bütün rəqiblərini qabaqlayıb. "Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.