Kaunasda şəhidlərin xatirəsi yad edilib
- 27 Sen 2026 15:00
- 176
Sentyabrın 27-də Kaunas şəhərində keçiriləcək Litva – Azərbaycan oyunu öncəsi 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediliib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məluamt yayıb.
Xəbərdə bildirilir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, komanda üzvləri, məşqçi və texniki heyəti, eləcə də AFFA-nın əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.