"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları"futbol turnirində iştirak edən "Dostluq" komandası "Zirə" ilə oyunda 1:3 hesabı ilə məğlub olsa da, komandanın qapıçısı Əli Qasımzadə yaxşı oyunu ilə diqqət çəkdi.

Rekord.az da oyundan sonra onun fikirlərini öyrəndi:


- Özünü təqdim elə.

- Əli Qasımzadə.

- Təvəllüd?

- 2013-cü il.

- Futbolla neçə ildir məşğul olursan, ilk məşqçin kim olub?

- 2 ildir futbolla məşğul oluram. İlk məşqçim Akif Hümmətov, Zaur və Araz müəllimdi.

- Neçə oldu ki, məhz qapıçı olmağa qərar verdin?

- Bu mövqeydə oynamağı daha çox istəyirdim.

- Qapıçı kimi gələcək hədəfin nədir?

- Azərbaycanı Avropada layiqincə təmsil etmək.

- Azərbaycan çempionatında ən çox bəyəndiyin qapıçı?

- Koxalski.

- Bəs dünyada?

- Noyer.

- "Sabahın ulduzları" turniri ilə bağlı təəssüratın necədi?

- Məncə, bizim təcrübəmizin artması baxımından çox önəmli turnirdi. Hər şey çox yaxşı təşkil olunub və hər şey bizim xeyirimizədir.


Anar XANLAROV