
Dortmund “Borussiya”sında ciddi itki
- 22 Sen 2020 14:40
- 706
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Bundesliqa nəhənginin yarımmüdafiəçisi Torqan Hazard zədələnib.
O, Münhenqladbax “Borussiya”sına qarşı keçirdikləri Bundesliqa matçında (3:0) sıradan çıxıb.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Torqan bir neçə həftə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Belçika yığmasının da üzvü olan Hazard Dortmund klubuna 2019-cu ilin yayında Münhenqladbax “Borussiya”sından transfer olunub. “Lans”ın yetirməsi olan futbolçu 2012-ci ildə “Çelsi”yə transfer olunsa da, London təmsilçisində oynamaq şansı qazanmayıb və “Sulte Varegem”ə icarəyə verilib.