Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Kiyev “Dinamo”su doğma meydanda “Alkmaar”ı qəbul edib. Ukrayna təmsilçisi inamlı qələbə sayəsində pley-offa vəsiqə qazanıb. Portuqaliya “Benfika”sı isə PAOK-un, Avstriya “Rapid”i “Gent”in qonağı olub. Bu oyunlarda da sevinən tərəf meydan sahibləri olub.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdəki oyununa sabah çıxacaq. Ağdam təmsilçisi Norveç “Molde”si ilə qarşılaşacaq. Görüş UEFA-nın qərarıyla Kiprdə keçiriləcək. “Qarabağ” “Molde” səddini keçsə, pley-off mərhələsində “Ferentsvaroş” – “Dinamo” cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

15 sentyabr

Dinamo (Kiyev, Ukrayna) – Alkmaar (Niderland) 2:0
Qol: Rodriqes, 49. Şaparenko, 86.

PAOK (Yunanıstan) – Benfika (Portuqaliya) 2:1
Qol: Yannopulos, 63, Jivkoviç, 75 – Silva, 90+4

Gent (Belçika) – Rapid (Vyana, Avstriya) 2:1
Qol: Dorş, 36. Yaremçuk, 59-pen – Y.Demir, 90+3.

16 sentyabr

19:00. Omoniya (Kipr) – Srvena Zvezda (Serbiya)
21:00. Ferentsvaroş (Macarıstan) – Dinamo (Zaqreb, Xorvatiya)
21:00. Qarabağ (Azərbaycan) – Molde (Norveç)
21:00. Makkabi (Təl-Əviv, İsrail) – Dinamo (Brest, Belarus)
22:30. Midtyulland (Danimarka) – Yanq Boyz (İsveçrə)