
"Dinamo" baş məşqçi məsələsində AFFA ilə məsləhətləşəcək
- 10 Noy 2023 12:00
- 804
"Dinamo"nun yeni baş məşqçisi böyük ehtimalla AFFA-nın tövsiyyəsi ilə olacaq.
Rekord.az xəbər verir ki, bu komanda daha çox hərbi komanda statusu daşıyır və gələn ildən hərbi xidmət yaşı çatan milli üzvləri bu komandada həm əsgərlik çəkə, həm də futbol oynaya biləcək.
Məhz buna görə komanda rəhbərliyi milli komandalarda iş təcrübəsi olmuş məşqçi gətirmək istəyir ki, həmin məşqçi gələcək futbolçuları daha yaxşı tanımış olsun.