“Atletiko”da bir müddət əvvəl koronavirusa yoluxan Dieqo Kosta və Santyaqo Arias sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Hər iki futbolçu bu gün komandanın məşqində iştirak edib.

Kosta və Ariasda sentyabrın əvvəlində koronavirus aşkarlanmışdı.