"Yuventus"un sabiq futbolçusu Paulo Dibala özünə yeni klub tapa bilmir.

Rekord.az xəbər verir ki, bu barədə "Corriere della Sera" məlumat yayıb. 

Hücumçu artıq heç bir klubla razılaşa bilmədiyinə görə narahatdır. Bu baxımdan Dibala maaş tələblərini azalda bilər. Əvəllər illik 8 milyon avro məvacib istəyən forvard, indi ildə təxminən 6 milyon avro əməkhaqqıya da razıdır. İtaliya klubları ona illik 4-4,5 milyon avrodan çox pul ödəməyi düşünmürlər. 

"Napoli" Paulonun performansını dərindən təhlil edib və hücumçunu transferi fikrindən daşınıblar. "Milan" argentinalıya yüksək hörmət bəsləyir, lakin diqqətini digər transferlərə yönlədib. 

“İnter” Dibala ilə rəsmi danışıqlar aparan yeganə İtaliya klubudur. Lakin tərəflər tam razılığa gələ bilməyiblər. Milan təmsilçisi sabiq oyunçusu Romelu Lukakunu kluba qaytarıb. Ona görə də "İnter" hazırda Dibala üçün böyük məvacib ayırmağı düşünmür. "İnter"in etdiyi maksimum təklif oynanılan matçların sayına görə bonusla birlikdə illik 5 milyon avro maaş idi. "İnter" bunu hələ Henrix Mxitaryanı və Lukakunu transfer etməzdən əvvəl bildirib. Dibalanın menecerləri isə onun daha yüksək maaş vəd edən kluba keçə biləcəyinə inandıqları üçün bu təklifi rədd ediblər.  Onlar İngiltərə klubları ilə bir neçə görüş təyin ediblər. Onların arasında “Mançester Yunayted” də var.

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayırdı. O, bu müddət ərzində 210 matçda 82 qol vurub.