Voleybolçu kişilər arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 2-ci turu çərçivəsində "MOİK" debütant "Xarıbülbül Laçın"ın qonağı olub. 

Voleybol Mərkəzində baş tutan görüş kifayət qədər gərgin keçib. Bununla belə, "Xarıbülbül Laçın" çempionatdakı ilk qələbəsini 3 setdə qazanıb. 

Qeyd edək ki, "Xarıbülbül Laçın"ın bundan öncəki oyunu təxirə salınıb. MOİK isə birinci qarşılaşmasında da eyni hesabla məğlub olub.

Yüksək Liqa

27 noyabr

   “Xarı Bülbül Laçın” - "MOİK" 3:0 (25:18, 25:22, 29:27)