
DÇ-2022 üçün satılmış biletlərin sayı məlum oldu
- 18 Avq 2022 22:30
- 442
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün satılmış biletlərin sayı açıqlanıb.
Rekord.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hələlik 2,45 milyon bilet satılıb.
Daha çox Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Argentina, Braziliya və Almaniyadan olan azarkeşlər indidən biletlərini alıblar.
Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.