Voleybol üzrə qadınlar arasında Dünya çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Türkiyə millisi bu ikinci məğlubiyyətini alıb.

F qrupunda yer alan Türkiyənin rəqibi ABŞ yığması olub. Gərgin keçən görüşdə türkiyəli voleybolçular 1:3 (22:25, 25:21, 20:25, 22:25) hesabı ilə uduzublar.

Günün digər oyunlarında Yaponiya Puerto-Rikonu 3:0, Serbiya Taylandı 3:0, İtaliya Argentinanı 3:0, Dominikan Respublikası Almaniyanı 3:1, Braziliya Niderlandı 3:0, Polşa isə Kanadanı 3:2 hesabları ilə məğlub ediblər.

Sabah mundialda İtaliya-Çin, ABŞ-Tayland, Braziliya-Belçika, Serbiya-Türkiyə, Dominikan Respublikası-Kanada və Polşa-Almaniya qarşılaşmaları baş tutacaq.