Qadın voleybolçular arasında Dünya çempionatında 1/4 final mərhələsinin bütün iştirakçıları bəlli olub. "Rekord.az" xəbər verir ki, Niderland və Polşanın ev sahibliyi ilə təşkil olunan yarışın son səkkiz iştirakçısı arasında Türkiyə millisi də var.

Qonşu ölkə yığması bu mərhələdə ABŞ-la üz-üzə gələcək. Qrup mərhələsində bu komandalar arasında baş tutmuş görüşdə amerikalı voleybolçular qalib gəlmişdi. Lakin ABŞ yığmasının əvvəlki illərlə müqayisədə daha zəif çıxış etdiyini nəzərə alsaq, Türkiyənin 1/4 finalda rəqibini məğlub edəcəyi ehtimalı da yüksəkdir.

Digər 1/4 final matçlarında İtaliya Çinlə, Braziliya Yaponiya ilə, Serbiya isə Polşayla qarşılaşacaq. Bu mərhələsinin bütün oyunları oktyabrın 11-də keçiriləcək.