Kişi voleybolçuların ölkə birinciliyində əvvəlki turlardan təxirə salınmış daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın VII turu çərçivəsində "Xarı bülbül" - "MOİK" klubları üz-üzə gəliblər. 

Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Şuşa klubunun üstünlüyü ilə başlayıb. İlk hissədə 27:25 hesabı ilə qalib gələn “Xarı bülbül” komandası sonrakı setləri də aktivinə yazıb - 25:08, 25:19.

Beləliklə, bu matçdan sonra Azərbaycan Yüksək Liqasında III dövrə başa çatıb. Üç dövrədən sonra "Murov" 26 xalla turnir cədvəlinə vahid liderlik edir. 15 xala malik "Xarı bülbül" ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. "MOİK" isə 1 xalla sonuncudur.

 

Yüksək Liqa

VII tur ( təxirə salınan oyun)

   "Xarı bülbül2 - "MOİK" 3:0 (27:25, 25:08, 25:19)