Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Quba Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş "Üzməyi öyrənək" layihəsi çərçivəsində üzgüçülük idman növü üzrə 1- 5-ci sinif şagirdləri arasında yarış keçirilmişdir.

Rekord.az xəbər verir ki, 29 oktyabr 2023-cü il tarixdə Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Üzməyi öyrənək” layihəsi çərçivəsində təlim-məşqlərə start verilmiş və 1 ay ərzində həftədə 3 dəfə olmaqla keçirilən təlim-məşqlərin yekunu olaraq iştirakçılar arasında yarış təşkil olunmuşdur.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilmiş və yarışa start verilmişdir.

Yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəsi müavini Mustafa Nuhbalayev, Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov, məşqçi müəllimlər və 40 nəfər məktəbli iştirak etmişlər.

Üzgüçülik idman növü üzrə yarışların keçirilməsində məqsəd bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.

Sonda qalib gəlmiş idmançıları təşkilatçıları tərəfindən müvafiq dərəcəli diplomlar ilə mükafatlandırılmışlar.