Daha bir futbolçunun "Sumqayıt"dan ayrılacağı dəqiqləşdi
- 15:00
- 35
Daha bir futbolçu mövsümün sonunda "Sumqayıt"dan ayrılacaq.
Rekord.az xəbər verir ki, söhbət Emin Mustafayevdən gedir.
Belə ki, sözügedən futbolçu qışda "Sumqayıt"a icarə əsasında gəlmişdi və mövsümün sonunda icarə müddəti başa çatır. Bu səbəbdən o, müqavilə ilə məxsus olduğu Ukraynanın “Polesye” klubunun düşərgəsinə qayıdacaq.