Türkiyədə baş vermiş zəlzələdə dağıntılar altında qalan voleybol komandasının bütün oyunçuları həlak olub. "Rekord.az" xəbər verir ki, Şimali Kipr Türk Respublikasından yarışda iştirak etmək məqsədilə Adıyamana gələn 12-14 yaşlarında qız və oğlanlardan ibarət voleybolçulardan heç kimi xilas etmək mümkün olmayıb.

Şimali Kipr Türk Respublikasının Gazimağusa Türk Maarif Kolejininin şagirdləri "Okul Sporları Türkiye finalleri"ndə iştirak etmək üçün Adıyamana gəlmişdilər. Məlumata görə komandalar yarışda ilk oyunlarını keçirmiş və qalib gəlmişdilər.

Kollektiv ümumilikdə 39 nəfərdən ibarət idi. Onlardan 25-i voleybolçu şagird, 9-u valideyn, 2-si məşqçi, 2-si müdir köməkçisi və 1-i müəllim olub. Tamamilə uçan otelin dağıntıları altından isə yalnız 4 valideyn və bir müdir köməkçisini xilas etmək mümkün olub.

Voleybolçular artıq vətənlərində dəfn ediliblər. 

Allah rəhmət eləsin!