
Dadaşovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
- 00:20
- 24
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" mövsümün sonuncu turunda “Motor”u qəbul edib.
Ekstraklasanın 34-cü turu çərçivəsində keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Renat bu görüşün 71 dəqiqəsində meydana buraxılıb.
“Radomyak” mövsümü 41 xalla 12-ci sırada başa vurub.