Yay tətilinin səmərəli keçirilməsi məqsədilə Culfa rayonu üzrə cüdo idman növü ilə məşğul olan idmançıların Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib.

Rekord.az xəbər verir ki, muzeyin əməkdaşı Nuray Hacıyeva muzeydəki eksponatlar haqqında idmançılara ətraflı məlumat verdikdən sonra onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, ekskursiyada 11 nəfər idmançı iştirak edib.