Cüdoçularımız İBSA Dünya Oyunlarını 3 medalla başa vurdular
- 2023-08-25 16:15
- 252
Azərbaycan paracüdoçuları İngiltərənin Birmingem şəhərində keçirilən İBSA Dünya Oyunlarını 3 medalla başa vurublar.
Rekord.az xəbər verir ki, yığma yarışda 2 gümüş, 1 bürünc mükafat qazanıb.
Kişilərin mübarizəsində İlham Zəkiyev (+90 kq, J1), qadınlarda isə Xanım Hüseynova (70 kq, J2) turniri ikinci pillədə başa vurublar. Digər qadın cüdoçu Şəhanə Hacıyeva (48 kq, J2) isə bürünc medala yiyələnib.