Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatına start veriləcək.

Rekord.az xəbər verir ki, yarışın ilk günü Azərbaycanın üç idmançısı tatami üzərinə çıxacaq.

Kişilər arasında Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) baş məşqçi Riçard Trautmanın etimadını doğrultmağa çalışacaq.

Qadınların yarışında isə ölkəmiz adına Leyla Əliyeva (48 kq) mübarizəyə start verəcək.

Millimiz mundiala 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə qatılıb. Çempionat mayın 19-dan 24-dək davam edəcək.