Quba Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində yeniyetmələr arasında cüdo üzrə Quba rayon açıq birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birincilyin açılışında Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səslləndirilmişdir.

Yarış qaydaları iştirakçıların diqqətinə çatdırılmışdır. 100 nəfərə yaxın idmançının qatıldığı yarış gərgin mübarizə şəraitində keçmişdir.

Sonda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.