“Turan Tovuz” bu gün Misli Premyer Liqasının 25-ci turunda “Qəbələ” ilə üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən matçda 3:2 hesabı ilə qalib gələn Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı olub. Türkmənistanlı çalışdırıcı çətin oyun olduğunu bildirib:


“Çətin oyun oldu, çətin qələbə qazandıq. Oyuna yaxşı başlamışdıq. İlk hissənin sonlarında üstünlüyü rəqibə vermişdik. Ancaq ikinci hissədə üstünlük tamamilə bizim tərəfimizdə idi. Daha çox qollar vura bilərdik. Çox vacib qələbə qazandıq.


Üçüncü pilləni təmin etdiyimizi hələ ki, demək olmaz”.