
“Çox şikayətlənmək istəmirəm” - Rəşad Sadıqov
- 18:00
- 40
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turunun açılış matçında “İmişli” ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Quba şəhər Olimpiya Kompleksində baş tutan oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov 1:1 hesabı ilə başa çatan oyunu belə şərh edib:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Oyun bizim üçün çox yaxşı başladı. Standart vəziyyətdən qol buraxdıq. Daha sonra oyun sistemimiz pozuldu. İkinci hissədə yaxşı çıxış etdik, hücumlar qururduq. Və standart vəziyyətdən fərqləndik. Mümükün şəraiti nəzərə alaraq, futbolçularımın göstərdiyi əzmkarlığa görə minnətdaram.
Yağışa görə oyundan qabaq bildirirdim ki, meydança sulanmasın. Çünki elə olanda daha çox sürüşkən olur. Ona görə də, çox şikayətlənmək istəmirəm. Bundan sonra da burada oyunlar olacaq. Heç bir halda “İmişli”nin uğurlarına kölgə salmaq istəmirəm, çempionata çox yaxşı başlayıblar. Oyunun gedişatını nəzərə alsaq, “İmişli” ilə bağlı qayğılarımız da özünü doğrultdu”.