“Çox məyusuq” - Rəşad Sadıqov
- 22:31
- 39
“Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Payde”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə bitən oyundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov oyun barəsində danışmağın çox çətin olduğunu bildirib:
“Oyun barəsində uzun-uzadı danışmaq çox çətindir. Məyusedici oyun oldu, mərhələni adlaya bilmədik. Hər şey göz qabağındadır. Çoxsaylı epizodlarımız oldu. Top qapıdan keçmək bilmirdi. Biz çox məyusuq. İki oyunda da üstün olan tərəf idik. Gedişat sanki onu göstərirdi ki, mərhələni keçən tərəf olmayacağıq. Rəqibi təbrik edirəm”.