Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.

Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha 7 qarşılaşma baş tutub.

Matçlardan dördündə qapılara ümumiyyətlə qol vurulmayıb. Əvəzində Norveç çempionu “Bodo Qlimt” doğma meydanda “Klaksvik”ə 3 cavabsız qolla qalib gəlib. HJK və “Düdelanj” isə müvafiq olaraq RFS və “Tirana” ilə ev oyunlarında qələbəni tək qolla təmin ediblər.

Cavab görüşləri iyulun 12 və 13-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

6 iyul

Tobol (Qazaxıstan) – Ferentsvaroş (Macarıstan) 0:0
Bodo Qlimt (Norveç) – Klaksvik (Farer adaları) 3:0
HJK (Finlandiya) – RFS (Latviya) 1:0
Düdelanj (Lüksemburq) – Tirana (Albaniya) 1:0
Zrinski (Bosniya və Herseqovina) – Şerif (Moldova) 0:0
Maribor (Sloveniya) – Şaxtyor (Soliqorsk, Belarus) 0:0
Slovan (Bratislava, Slovakiya) – Dinamo (Batumi, Gürcüstan) 0:0