
ÇL-də həftənin ən yaxşısı bəlli oldu
- 15 Dek 2023 23:40
- 292
Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Rekord.az xəbər verir ki, bu, "Portu"dan Qaleno olub.
O, "Real"dan Xoselu, "Atletiko"dan Samuel Lino və "Benfika"dan Anxel Di Mariyanı qabaqlayıb.
Qeyd edək ki, Qaleno 6-cı turda Donetsk "Şaxtyor"u ilə oyunda (5:3) 2 qol vurub, 2 məhsuldar ötürmə edib.