"Real"ın futbolçusu Vinisius Junior Çempionlar Liqasının tarixinə düşüb.

Rekord.az "Opta"ya istinadən xəbər verir ki, o, buna 1/4 finalda "Liverpul"la matçda (3:1) nail olub. Braziliyalı hücumçu 2000-ci il təvəllüdlü futbolçular arasında ÇL-in 1/4 finalında qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, Junior "Liverpul"la görüşdə dubla imza atıb.