AVF-nin mətbuat konfransında çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları və media nümayəndələrini salamlayıb. "Rekord.az" xəbər verir ki, Ç.Hüseynzadə bugünkü görüşün böyük əhəmiyyətə malik olduğunu deyib və ölkəmizin dünya voleyboluna geri dönüşü kimi dəyərləndirib. Ç.Hüseynzadə Azərbaycan voleybolunun daha da inkişaf edəcəyinə əminliyini bildirib, CEV və AVF-yə bu istiqamətdə birgə fəaliyyətlərində uğurlar arzulayıb. O, MOK-un federasiyaya hər zaman dəstək göstərəcəyini vurğulayıb.