AVF-nin mətbuat konfransında çıxış edən Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç çıxış edib. "Rekord.az" xəbər verir ki, qurum rəhbəri uzun illərdən sonra yenidən ölkəmizə gəlməkdən məmnun olduğunu bildirib. O, AVF rəhbərliyi və digər qonaqlarla iclas keçirdiklərini, burada Azərbaycanda voleybolun inkişafına necə dəstək ola biləcəkləri istiqamətində müzakirələr apardıqlarını söyləyib. Qeyd edib ki, iclasda məktəblərdə uşaqların voleybola marağının artırılması, regional akademiyaların yaradılması, yerli oyunçuların yetişdirilməsi və digər məsələlər müzakirə edilib. A.Boriçiç Azərbaycanda voleybola dövlət səviyyəsində böyük dəstək verildiyini, buna görə də ölkə başçısı cənab İlham Əliyevə və Milli Olimpiya Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.