Avropa Voleybol Konfederasiyasının (CEV) Prezidenti Aleksandar Boriçiç noyabrın 5-də Azərbaycana gələcək. "Rekord.az" xəbər verir ki, onunla yanaşı, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev də Bakıya səfər edəcəklər.

Qonaqlar noyabrın 6-da baş tutacaq Azərbaycan çempionatının açılış mərasimində iştirak edəcəklər, həmçinin Yüksək Liqanın ilk qarşılaşmasını izləyəcəklər. Səfər zamanı bir neçə vacib görüşün keçirilməsi də nəzərdə tutulub.